Bosniya və Herseqovina çarəsiz durumda qalıb Bosniya və Herseqovina çarəsiz durumda qalıb
  • Qərb
  • 20 Noyabr 2019 08:50
  •  2 541

Aİ-dən qaçqın düşərgəsi haqda tələb

Bosniya və Herseqovina çarəsiz durumda qalıb

Avropa Birliyi ölkələrinin rəhbər nümayəndələri Bosniya və Herseqovinadakı Vujçak qaçqın düşərgəsini ləğv etməyi tələb edir.

Sözügedən düşərgədəki şəraitin insan həyatı üçün yararsız olduğu dəfələrlə təkrarlansa da, ölkə rəhbərliyi hansısa dəyişikliyi etməkdə aciz qalıb.

Vətəndaş müharibəsi dövründə minalanmış ərazidə yerləşən bu düşərgədə havalar soyuduqca vəziyyət daha da dözülməz hal alıb. Lakin sərhədlərini bağlayan qonşu ölkələr miqrantları qəbul etmədikcə Bosniya və Herseqovina çarəsiz durumda qalır. Habelə miqrantlarla yerli əhali arasında da mütəmadi olaraq problemlər yaşanır.

AzNews.az