"Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!" "Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!"
  • Qərb
  • 21 Noyabr 2019 20:49
  •  2 982

“Apple” ABŞ-da 5G şəbəkəsini qura bilər

"Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!"

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin rəhbəri Tim Kuku ölkədə qabaqcıl 5G rabitə şəbəkəsinin qurulmasında iştirak etməyə çağırıb.

Bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb:

“Dünən Texas ştatının Ostin şəhərində 1 milyard dollarlıq yeni kampusun tikintisinə dair müzakirə üçün etdiyim səfər zamanı Tim Kukdan ABŞ-da 5G şəbəkəsini qurmaq məsələsinə baxmağı xahiş etdim. Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!", - D.Tramp qeyd edib.(report.az)

AzNews.az