Bu barədə Josep Borrell “Twitter”də bildirib Bu barədə Josep Borrell “Twitter”də bildirib
  • Qərb
  • 5 Dekabr 2019 13:19
  •  2 576

“Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığın yüksək səviyyədə saxlanılması prioritetdir -

Bu barədə Josep Borrell “Twitter”də bildirib

“Strateji gündəliyimizdə “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığın səviyyəsinin yüksək saxlanılması əsas siyasi prioritetidir”.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell “Twitter”də bildirib.

“ATƏT Nazirlər Şurasının 19-cu iclasında iştirakıma “Şərq Tərəfdaşlığı”ndan olan altı həmkarımla başladım. Strateji gündəliyimizdə əməkdaşlığın səviyyəsinin yüksək səviyyədə saxlanılması və tərəfdaşlarımızla bütün səviyyələrdə əməkdaşlıq edilməsi Avropa İttifaqının əsas siyasi prioritetidir”, - deyə J. Barell qeyd edib. (APA)

AzNews.az