Yeni strategiyanın 260 milyard avro dəyərində olduğu bildirilir Yeni strategiyanın 260 milyard avro dəyərində olduğu bildirilir
  • Qərb
  • 11 Dekabr 2019 20:39
  •  3 216

Avropa Komissiyası “Yaşıl strategiya”sını təqdim etdi

Yeni strategiyanın 260 milyard avro dəyərində olduğu bildirilir

Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayen əsas hədəfi olan iqlim və enerjiyə dair “Yaşıl strategiya”sını təqdim edib.

TASS xəbər verir ki, 2030-ci ilədək dövr üçün nəzərdə tutulan yeni strategiyanın 260 milyard avro dəyərində olduğu bildirilir.

Bu da 2018-ci ilin ÜDM-nin 1,5 faizi qədərdir.

Komissiyanın açıqlamasında həmçinin yaxın 100 gün ərzində ilk dəfə “Avropa İqlim Qanunu”nu təqdim edəcəkləri qeyd edilir. Bununla yanaşı, 2030-cu ilədək biomüxtəlifliyin mühafizəsi və yeni sənaye strategiyalarını, həmçinin dövriyyə iqtisadiyyatına dair tədbirlər planını təqdim etmək, həmin dövrdə tullantılarla bağlı hədəf göstəricilərinin artırılması üçün işlərə başlamaq qarşıya məqsəd kimi qoyulub.

2020-ci ilin əvvəlində Avropa Komissiyasının təqdim etmək üçün nəzərdə tutduğu sərmayə planına əsasən, iqlimlə bağlı fəaliyyətlərə Aİ-nin uzunmüddətli büdcəsinin azı 25 faizini ayırmaq, həmçinin Avropa Sərmayə Bankı və Avropa İqlim Bankı tərəfindən də əlavə yardım göstərilməsi nəzərdə tutulur.(report.az)

AzNews.az