"Bununla tam olaraq nəyi nəzərdə tutduqlarını həmkarımla müzakirə etməliyəm” "Bununla tam olaraq nəyi nəzərdə tutduqlarını həmkarımla müzakirə etməliyəm”
  • Qərb
  • 17 Dekabr 2019 11:05
  •  3 567

"Ciddidirlərsə..." - Ərdoğanın açıqlamasına ABŞ-dan ilk reaksiya

"Bununla tam olaraq nəyi nəzərdə tutduqlarını həmkarımla müzakirə etməliyəm”

ABŞ-ın müdafiə naziri Mark Esper II Dünya Müharibəsi zamanı 19 min amerikalı əsgərin həlak olduğu Arden əməliyyatının 75-ci ildönümü ilə bağlı Lüksemburqa gedib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik aviabazası və Kürəcik radar bazası ilə bağlı açıqlamasına cavab verib.

O, bu mövzunu türkiyəli həmkarı ilə müzakirə etməli olduğunu bildirib:

“Açıqlamanı qəzetlərdə gördüm. Bununla tam olaraq nəyi nəzərdə tutduqlarını, nə qədər ciddi olduqlarını həmkarımla müzakirə etməliyəm”.

Nazir qeyd edib ki, Kürəcik radar bazası ilə bağlı məsələ NATO ilə həll edilməlidir.

“Əvvəla onların suveren dövlət olduğunu vurğulamaq lazımdır. Bu səbəbdən NATO ya da istənilən xarici qüvvəni öz ərazilərində saxlamaq və ya saxlamamaq haqları var. Ancaq dediyim kimi, ciddidirlərsə, bu bir ittifaq məsələsidir”, - deyə M.Esper əlavə edib.

Xatırladaq ki, Ərdoğan ABŞ Senatının qondarma erməni soyqırımı haqda qərarı ilə bağlı açıqlamasında lazım gələrsə, İncirliyi də, Kürəciyi də bağlayacaqlarını deyib.

"Əgər sanksiya tətbiq etmək kimi bir tədbir görülərsə, biz də beynəlxalq münasibətlər çərçivəsində lazım olan cavabı verərik. ABŞ-ın münasibətlərimizdə təmiri mümkün olmayan addımlar atmaması hər iki tərəf üçün də vacibdir. Türkiyə qəbilə dövləti deyil. İki min ildən çox tarixi olan Türkiyəyə bunu layiq görmək cavabsız qala bilməz. Biz hələ strateji müttəfiqlərik. Bəs etdikləri nədir? Bunları oturub düşünməlidirlər. Fərqli addım atmağa davam etsələr, bizim də buna verəcəyimiz cavablar var”, - deyə Türkiyə prezidenti bildirib.

Pərvanə

AzNews.az