Baş nazir məqsədinin yanvarın 31-də Avropa İttifaqından çıxmaq olduğunu bildirib Baş nazir məqsədinin yanvarın 31-də Avropa İttifaqından çıxmaq olduğunu bildirib
  • Qərb
  • 18 Dekabr 2019 09:31
  •  4 039

Conson qadağa qoydu: Britaniyalı nazirlər Davos Forumuna qatılmayacaq

Baş nazir məqsədinin yanvarın 31-də Avropa İttifaqından çıxmaq olduğunu bildirib

Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərin gələn ay Davosda keçiriləcək Dünya İqtisadi Forumuna qatılmasını qadağan edib.

Baş nazir, həmçinin milli və biznes liderlərinin illik toplantısına da qatılmayacağını açıqlayıb.

Conson məqsədinin Britaniyanın səhiyyə sistemində dəyişikliklər etmək və yanvarın 31-də Avropa İttifaqından çıxmaq olduğunu bildirib. O, seçki zamanı verilən vədlərin yerinə yetirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Boris Conson seçki kampaniyası zamanı 40 yeni xəstəxana açılacağını və 50 min tibb bacısının işə götürüləcəyini vəd etmişdi.

AzNews.az

image description