Bu barədə sosial sahədə fəaliyyət göstərən 12-yə qədər assosiasiya məlumat yayıb Bu barədə sosial sahədə fəaliyyət göstərən 12-yə qədər assosiasiya məlumat yayıb
  • Qərb
  • 20 Dekabr 2019 08:26
  •  2 707

Parisdə hər gün 700 uşaq küçələrdə gecələyir

Bu barədə sosial sahədə fəaliyyət göstərən 12-yə qədər assosiasiya məlumat yayıb

Dünyanın 6-cı iqtisadi gücü olan, uşaq hüquqları üzrə beynəlxalq konvensiyanı imzalayan Fransanın paytaxtı Parisdə hər axşam 700 uşaq küçələrdə gecələyir. Ölkədə qadınların və uşaqların vəziyyəti getdikcə daha da pisləşir.

Bu barədə sosial sahədə fəaliyyət göstərən 12-yə qədər assosiasiya məlumat yayıb.

Həmrəylik aktorları üzrə Federasiya, Abbe-Pierre Fondu, “UNİCEF France” və sair kimi qurumlar ölkədə minlərlə uşağın küçələrdə və ya çox acınacaqlı vəziyyətdə olan sığınacaqlarda yaşaması ilə bağlı həyəcan təbili çalıb.

Fransada sığınacaq çatışmamazlığı səbəbindən 221 mindən çox insanın küçələrdə gecələdiyi qeyd olunub.

AzNews.az