Dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb Dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb
  • Qərb
  • 22 Dekabr 2019 15:47
  •  3 734

Xorvatiyada prezident seçkiləri keçirilir

Dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb

Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir. Prezident 5 il müddətinə seçilir.

Xorvatiya Seçki Komissiyasının məlumatına əsasən, ölkənin 3,85 milyon vətəndaşı seçki hüququna malikdir. Eyni zamanda, xaricdə yaşayan 177 min vətəndaş səs verə bilər.

Dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb. Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviç, sabiq Baş Nazir Zoran Milanoviç və musiqiçi Miroslav Şkoro favoritlər arasındadır. Namizədlərdən heç biri 50 faizdən çox səs yığmasa, 14 gündən sonra seçkilərin ikinci turunda ən çox səs toplayan iki namizəd iştirak edəcək.(AZƏRTAC)

AzNews.az