Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib
  • Qərb
  • 28 Dekabr 2019 21:56
  •  3 365

ABŞ-da təyyarə qəzası - Ölənlər var

Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib

ABŞ-ın Lafayett şəhərinin (Luiziana ştatı) yaxınlığında göyərtəsində 6 nəfər olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə “Fox News” məlumat yayıb.

Hadisə yerli vaxtla 09:22-də (17:22 – Bakı vaxtı ilə) baş verib.

Aerodromdan qalxan təyyarə 1,5 km məsafə uçduqdan sonra, “Walmart” mağazalar şəbəkəsinin yanında yerləşən avtomobil dayanacağına düşüb.

Yerli “KPEL” radiostansiyası qəza nəticəsində azı beş nəfərin öldüyü barədə məlumat yayıb.

Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.(report.az)

AzNews.az