Hadisə yerində silahlı polislər keşik çəkir Hadisə yerində silahlı polislər keşik çəkir
  • Qərb
  • 30 Dekabr 2019 19:05
  •  3 225

Berlində naməlum şəxs dükanda atəş açdı

Hadisə yerində silahlı polislər keşik çəkir

Berlin şəhərinin mərkəzində naməlum şəxs dükanda (başqa mənbələrə görə kafedə) atəş açıb.

“İndependent” xəbər verir ki, hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir.

Hadisə yerində silahlı polislər keşik çəkir. Eyni zamanda hadisə nəticəsində xəsarət alanın olub-olmaması bəlli deyil.

Həmin məkanın vaxtilə Berlin divarının mühüm buraxılış məntəqəsinin yaxınlığında yerləşdiyi, hazırda isə turistlərin sevimli yerlərindən biri olduğu bildirilir.(report.az)

AzNews.az