Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb
  • Qərb
  • 30 Aprel 2020 09:18
  •  5 573

Almaniyada koronavirusa yoluxanların sayı 160 minə çatır

Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb

Almaniyada ötən sutkada 1 478 nəfərə koronavirus diaqnozu qoyulub.

AzNews.az xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Almaniyada qeydə alınan yoluxma hallarının sayı 159 119-a yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 173 nəfər artaraq 6 288-ə çatıb. Ölkədə sağalanların ümumi sayı isə 123 500-ü ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 220 000-i ötüb. Bunların 1 001 072 nəfəri sağalıb, 228 251 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.