Bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb Bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb
  • Qərb
  • 30 Aprel 2020 10:43
  •  5 275

Almaniya “Hizbullah”ı terror təşkilatı elan etdi

Bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb

Almaniyanın Daxili İşlər Nazirliyi Livanın “Hizbullah” təşkilatını terror qruplaşması elan edərək onun ölkədəki bütün fəaliyyətinə qadağa qoyub.

AzNews.az xəbər verir ki, bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı artıq ölkənin bir neçə bölgəsində polis tədbirlərinə başlanılıb.

Qeyd edək ki, “Hizbullah” İranla sıx əlaqədə olan təşkilatdır.