Bu barədə Mülki Müdafiə Agentliyi məlumat yayıb Bu barədə Mülki Müdafiə Agentliyi məlumat yayıb
  • Qərb
  • 15 İyun 2020 11:18
  •  8 759

İtaliyada son sutkada koronavirusdan 44 nəfər ölüb

Bu barədə Mülki Müdafiə Agentliyi məlumat yayıb

İtaliyada son sutka ərzində COVID-19 epidemiyasından 44 nəfər ölüb. Yoluxma hadisələrinin sayı isə 338 olub.

AzNews.az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Ölkə üzrə ölənlərin ümumi sayı 34345-ə çatıb.

Bildirilib ki, İtaliya yeni virusdan ölüm sayına görə, ABŞ, Britaniya və Braziliyadan sonra dünyada dördüncüdür.

Yoluxma hadisələrinin ümumi sayı isə 236989-a yüksəlib. İtaliya bu göstərici ilə ABŞ, Rusiya, Braziliya, İspaniya, Britaniya və Hindistandan sonra dünyada yeddinci yerdədir.

Artıq 176370 nəfərin sağaldığı qeyd edilib.