Bu barədə “The Washington Examiner” məlumat verib Bu barədə “The Washington Examiner” məlumat verib
  • Qərb
  • 22 Yanvar 2021 19:43
  •  7 439

Tramp indi nə işlə məşğul olur?

Bu barədə “The Washington Examiner” məlumat verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp səlahiyyət müddəti başa çatdıqdan sonra Floridadakı Mar-a-Laqo mülkünə uçub.

AzNews.az xəbər verir ki, bu barədə “The Washington Examiner” məlumat verib.

Qeyd olunub ki, Floridada keçmiş prezidenti “Evə xoş gəldin” şüarları səsləndirən kütlə qarşılayıb.

Nəşrin yazdığına görə, ertəsi gün “Uest Palm Biç” qolf klubuna, ehtimal ki, Trampı müşayiət edən və pəncərədən içərisi görünməyən 12 avtomobil gəlib.

Xatırladaq ki, Donald Trump ötən ilin noyabr ayında keçirilmiş prezident seçkisində demokrat Cozef Baydenə məğlub olub və yanvarın 20-də Baydenin andiçmə mərasimi keçirilib.