Nümayişçiləri dağıtmaq üçün xüsusi qüvvələr göndərilib Nümayişçiləri dağıtmaq üçün xüsusi qüvvələr göndərilib
  • Qərb
  • 26 Yanvar 2021 09:38
  •  7 802

Niderland aksiyalarında 150-dən çox insan saxlanılıb

Nümayişçiləri dağıtmaq üçün xüsusi qüvvələr göndərilib

Niderland polisi yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində hökumət tərəfindən tətbiq edilmiş sərt məhdudlaşdırıcı tədbirlərlə əlaqədar ölkə ərazisində keçirilən etiraz aksiyalarında iştiraka görə onlarla insanı saxlayıb.

Bu barədə bazar günü Niderlandın Teleradioyayım Korporasiyası (NTK) bildirib.

Aksiya zamanı 150-dən çox insan hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina etdiklərinə görə polis bölmələrinə aparılıblar.

Rotterdam və Hertoqenbos şəhərlərinə nümayişçiləri dağıtmaq üçün xüsusi qüvvələr göndərilib. (Report)

AzNews.az