Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib
  • Qərb
  • 9 Aprel 2021 15:13
  •  8 043

Şahzadə II Filipp vəfat etdi

Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Kral ailəsi məlumat yayıb.

“Əlahəzrət Kraliça həyat yoldaşı Edinburq Hersoqu Şahzadə Filipin ölümünü dərin kədərlə elan edir. Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib", - deyə Kral sarayının məlumatında qeyd olunub.

Əlavə edək ki, Şahzadə Filip 99 yaşında dünyasını dəyişib.