Siyahıda 89 şəxs və 4 müəssisə var Siyahıda 89 şəxs və 4 müəssisə var
  • Qərb
  • 12 Aprel 2021 17:30
  •  8 568

Sanksiyaların müddəti uzadıldı - Avropadan İrana acı xəbər

Siyahıda 89 şəxs və 4 müəssisə var

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaların müddətini uzadıb.

İranda insan haqları pozuntularına cavab olaraq tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin müddəti 2022-ci il aprelin 13-dək uzadılıb.

Bu tədbirlər səyahət qadağası, hesabların dondurulması və ölkə daxilində repressiya üçün istifadə edilə bilən və telekommunikasiya monitorinqi üçün istifadə olunan avadanlıqların İrana ixracını qadağan edir.

Bundan əlavə, Aİ vətəndaşlarına və şirkətlərinə sanksiyalar tətbiq olunan şəxslər və təşkilatlarla əməkdaşlıq etmək qadağan olunur.

Bu sanksiyalar ilk dəfə 2011-ci ildə tətbiq olunub və hər il müddəti uzadılıb.

Aİ Şurası həmçinin İranda 2019-cu ilin noyabr nümayişlərində zorakılığın tətbiq olunmasından məsul olan 8 şəxsi və 3 qurumu da sanksiyalar siyahısına əlavə edib. Artıq siyahıda ümumilikdə 89 şəxs və 4 müəssisə var./APA