ABŞ prezidenti: "O da bununla razılaşdı" ABŞ prezidenti: "O da bununla razılaşdı"
  • Qərb
  • 16 Aprel 2021 09:34
  •  8 258

Bayden Putinə nə təklif edib?

ABŞ prezidenti: "O da bununla razılaşdı"

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə yayda Avropada sammit keçirməyi təklif edib.

TASS xəbər verir ki, bu barədə o, Ağ Evdə Rusiya ilə münasibətə dair siyasətə həsr olunmuş nitqlə çıxış edərkən bildirib.

“Prezident Putinlə danışarkən aramızdakı şəxsi, birbaşa təmasın xüsusilə daha effektiv münasibətlər üçün çox vacib olduğuna əmin oldum. O da bununla razılaşdı. Bu baxımdan, ölkələrimiz qarşısında duran bir sıra məsələləri müzakirə etmək üçün bu yay Avropada sammit çərçivəsində şəxsən görüşməyi təklif etdim”, - Bayden belə deyib.

Onun sözlərinə görə, “hazırda komandalar bu fürsətin mümkünlüyünü müzakirə edirlər”. Ağ Evin rəhbəri yüksək səviyyəli görüş çərçivəsində strateji sabitliklə bağlı dialoqa başlamağı da təklif edib.