Dövlət Departamenti: ABŞ Rusiyanın əks tədbirlərinə cavab verəcək Dövlət Departamenti: ABŞ Rusiyanın əks tədbirlərinə cavab verəcək
  • Qərb
  • 17 Aprel 2021 09:13
  •  4 396

“Rusiyaya qarşı son sanksiyalarımız mütənasibdir" - ABŞ

Dövlət Departamenti: ABŞ Rusiyanın əks tədbirlərinə cavab verəcək

“Eskalasiya dövrünə daxil olmaq bizim maraqlarımıza uyğun deyil, lakin Rusiyanın ABŞ-a qarşı hər hansı bir cavab tədbirinə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.

TASS xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, Rusiya Federasiyası ABŞ-ın sanksiyalarına cavab olaraq hərəkətə keçəcək, lakin biznesə qarşı tədbirləri "ehtiyatda" saxlayacaq: “Rusiyaya qarşı tətbiq olunan son sanksiyalarımız mütənasibdir və Rusiyanın zərərli fəaliyyətləri ilə şərtlənir. Rusiya hökumətinin son açıqlaması təəssüf doğurur”.

AzNews.az