İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir
  • Qərb
  • 17 Aprel 2021 09:27
  •  4 839

"Bu razılaşmaya ziddir" Bayden

İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir

İranın uranı 60 faizə qədər zənginləşdirmək barədə qərarı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların keçirilməsinə kömək etmir.

Bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Yaponiyanın baş naziri Yoşihide Suqa ilə birgə mətbuat konfransı zamanı deyib.

C.Bayden bildirib: "İranın uranı 60 faizə qədər zənginləşdirmək barədə qərarını dəstəkləmirik və bu qərarın danışıqlara kömək etdiyini düşünmürük. Bu razılaşmaya ziddir".

Aznews.az