Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik danışıb Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik danışıb
  • Qərb
  • 23 Aprel 2021 10:13
  •  5 191

BMT rəsmisindən ABŞ-a “soyqırımı” dərsi

Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik danışıb

“Əgər BMT-nin mövqeyindən danışsaq, soyqırımı faktı müvafiq məhkəmə instansiyası tərəfindən təsdiq edilməlidir”.

AzNews.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın qondarma erməni soyqırımını tanıması planlarını şərh edən BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik bəyan edib.

Qurum rəsmisi ötən əsrin əvvəllərində Osmanlı imperiyasında cərəyan edən hadisələri şərh etməkdən imtina edərək, onların BMT-nin yaranmasından xeyli əvvəl baş verdiyini qeyd edib.