İstintaq davam edir İstintaq davam edir
  • Qərb
  • 23 Aprel 2021 13:25
  •  4 237

Kapitoliyə basqına görə daha 100 nəfər tutula bilər

İstintaq davam edir

ABŞ-da keçmiş Prezident Donald Tramp tərəfdarlarının 6 yanvarda Kapitoliyə basqın hadisəsinə görə daha 100 nəfər tutula bilər.

AzNews.az xəbər verir ki, sözügedən hadisə ilə bağlı istintaqa rəhbərlik edən federal prokurorlar bu günə qədər istintaq çərçivəsində 400-dən çox adamın nəzarətə alındığını açıqlayıb.

“İstintaq davam edir. Hökumət daha 100-dən çox insanın saxlanılmasını planlaşdırır. Onlara qarşı ittihamlar irəli sürüləcək”,- deyə açıqlamada qeyd olunub.

Prokurorlar bu istintaqın müttəhim və dəlil sayına görə ABŞ tarixində ən böyük istintaq işinə çevrilə biləcəyini bildiriblər.

Xatırladaq ki, bu ilin 6 yanvarında Tramp tərəfdarları yeni seçilmiş Prezident Cozef Baydenin qalibiyyətinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqres binasına basqın etmişdilər. Hadisə beş nəfərin ölümü ilə nəticələnmişdi.