Bu barədə “The National Interest” nəşrinin müəllifi Bonni Kristian yazıb Bu barədə “The National Interest” nəşrinin müəllifi Bonni Kristian yazıb
  • Qərb
  • 5 May 2021 13:25
  •  7 063

Baydenə çağırış: “Rusiya ilə müharibəyə girmə”

Bu barədə “The National Interest” nəşrinin müəllifi Bonni Kristian yazıb

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya ilə hərbi münaqişə riskini fəal şəkildə azaltmalıdır.

AzNews.az bildirir ki, bu barədə “The National Interest” nəşrinin müəllifi Bonni Kristian yazıb.

Jurnalist xüsusən Vaşinqtonun açıq səma anlaşmasına qayıtmasının və Suriyada apardığı əməliyyatların dayandırılmasının zəruriliyini vurğulayıb.

“ABŞ və Rusiya qüvvələri Suriyada vuruşmasa da, onların yaxınlığı təhlükəlidir və bu lazımsız riskdir”, - deyə B.Kristian bildirib.

O, həmçinin ABŞ hakimiyyətini Şərqi Avropadakı Rusiya qoşunlarından kənar dayanmağa çağırıb.