ATƏT-in sədri ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmindir ATƏT-in sədri ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmindir
  • Qərb
  • 11 İyun 2021 22:22
  •  9 161

Ermənistanla Azərbaycan gərginliyi azaldaraq dialoqa başlamalıdır - ATƏT-in sədri

ATƏT-in sədri ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmindir

Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir problem olaraq qaldığını göstərir.

Aznews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ATƏT-in sədri, İsveç Xarici İşlər naziri Ann Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində video bağlantı vasitəsi ilə çıxış edərkən bildirib.

A.Linde qeyd edib: "Beynəlxalq hüquqa uyğun olaraq davamlı siyasi həll üzrə danışıqları bərpa etmək, humanitar ehtiyacları və insan hüquqları məsələlərini həll etmək üçün tərəflər arasında gərginliyin azaldılması və dialoqun başlaması lazımdır".

ATƏT-in sədri Rusiya, ABŞ və Fransanın təmsil etdiyi həmsədrlərlə ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əmin olduğunu bildirib.