Bu barədə “Fox 5 DC” telekanalı polisə istinadən məlumat verib Bu barədə “Fox 5 DC” telekanalı polisə istinadən məlumat verib
  • Qərb
  • 25 İyun 2021 10:14
  •  4 351

ABŞ-da ticarət mərkəzində atışma, ölən var

Bu barədə “Fox 5 DC” telekanalı polisə istinadən məlumat verib

ABŞ-ın Merilend ştatının Qlenarden şəhərindəki bir ticarət mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə “Fox 5 DC” telekanalı polisə istinadən məlumat verib.

Bildirilir ki, yaralı şəxslərdən birinin vəziyyəti ağırdır, digərinin isə həyati təhlükəsi yoxdur.

Polis şübhəlilər barədə hələ ki, məlumat yaymayıb. Faktla bağlı araşdırma aparılır.