• Qərb
  • 25 Yanvar 22:27
  •  2 152

Pentaqon: ABŞ Ukraynaya əlavə hərbi yardım göndərməyə hazırlaşır

Bunu Pentaqon sözçüsü Con Kirbi CNN telekanalına açıqlamasında deyib

“ABŞ Ukraynaya yeni hərbi yardımlar göndərəcək”.

Aznews.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi CNN telekanalına açıqlamasında deyib.

O bildirib ki, artıq son bir neçə gündə Ukraynaya üç dəfə hərbi yardım göndərilib: “Biz Ukraynaya təhlükəsizlik üçün yardım göstərməyə davam edirik ki, onlar özlərini qoruya bilsinlər. Daha çox yardımların çatdırılması gözlənilir”.

Kirbinin sözlərinə görə, 8,5 min hərbçinin Avropaya göndərilməsinin vaxtı hələ müəyyən edilməyib: “Bu sualın cavabını bilmirik, sadəcə, dünən onları yüksək döyüş hazırlığına gətirilib.
Lakin hələlik göndərilmə əmri yoxdur. Bunun nə vaxt baş verəcəyini söyləmək çətindir. Çox şey Vladimir Putinin hərəkətlərindən asılı olacaq”.

Eyni zamanda Kirbi Avropaya qüvvələrin göndərilməsinin Rusiyanın Ukraynaya hücumundan əvvəl baş verə biləcəyini istisna etməyib.

O, həmçinin qeyd edib ki, müvafiq qərar qəbul olunarsa, sözügedən 8,5 min hərbçinin hamısının Avropaya getməsi şərt deyil.