Məlumata görə, artıq 15 belə ərazi müdafiəsi briqadası formalaşdırılıb və... Məlumata görə, artıq 15 belə ərazi müdafiəsi briqadası formalaşdırılıb və...
  • Qərb
  • 21 İyul 2022 23:59
  •  5 973

Polşada ərazi müdafiəsi briqadaları yaradılır

Məlumata görə, artıq 15 belə ərazi müdafiəsi briqadası formalaşdırılıb və...

Polşanın müdafiə naziri Mariuş Blaşak Varşavada, eləcə də Ukrayna ilə sərhədə yaxın yerləşən Xelm və Pşemısl şəhərlərində yeni ərazi müdafiə briqadalarının yaradılması və onlara qəbulun başladığını açıqlayıb.

Bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Varşavadakı birləşmə Polşa paytaxtının müdafiəsi, eləcə də şəhər ərazilərində hərbi əməliyyatlar və mühüm infrastruktur obyektlərinin mühafizəsi üzrə ixtisaslaşacaq. Xelm və Pşemısldakı ərazi müdafiə briqadaları isə Sərhəd Mühafizəsi Korpusunun funksiyalarını yerinə yetirəcək və ölkənin sərhəd xidmət ilə əməkdaşlıq edəcək.

Nəşrin iddiasına görə, hər bir briqadada komanda-qərargah, yüngül piyada batalyonları və ayrı-ayrı bölmələr, o cümlədən maddi-texniki təminat, istehkamçı və tibbi bölmələr olacaq.

Məlumata görə, artıq 15 belə ərazi müdafiəsi briqadası formalaşdırılıb və 32 mindən çox vətəndaş orada xidmət edir.