Bayden Çin lideri ilə Ukraynadakı müharibəni, eləcə də Hind-Sakit okeanı regionundakı vəziyyəti də müzakirə etməyi planlaşdırırdı Bayden Çin lideri ilə Ukraynadakı müharibəni, eləcə də Hind-Sakit okeanı regionundakı vəziyyəti də müzakirə etməyi planlaşdırırdı
  • Qərb
  • 28 İyul 2022 20:30
  •  5 830

ABŞ və Çin liderlərinin telefon danışığı 2 saatdan çox davam edib

Bayden Çin lideri ilə Ukraynadakı müharibəni, eləcə də Hind-Sakit okeanı regionundakı vəziyyəti də müzakirə etməyi planlaşdırırdı

ABŞ Prezidenti Co Baydenlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında telefon danışığı olub.

Aznews.az-ın verdiyi xəbərə görə, telefon danışığı iki saatdan çox davam edib.

Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin bildirdiyinə görə Bayden Çin lideri ilə bir sıra məsələlərlə yanaşı Ukraynadakı müharibəni, eləcə də Hind-Sakit okeanı regionundakı vəziyyəti də müzakirə etməyi planlaşdırırdı.