• Qərb
  • 2 Dekabr 2022 15:41
  •  4 296

Cozef Bayden Emmanuel Makronla Ağ Evdə görüş keçirib

ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoymaq yoluna üz tutacağı təqdirdə onunla danışmağa hazır olduğunu bildirib.

Aznews.az xəbər verir ki,Bayden Fransa prezidenti Emmanuel Makronla Ağ Evdə görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Hər iki lider də çıxışlarında görüşün əsas gündəm maddələrindən birinin fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi olduğunu və Ukraynaya yardımları davam etdirəcəklərini bildiriblər.

Bayden bəyan edib ki, müharibəni bitirməyin yeganə rasional yolu Putinin qoşunlarını Ukraynadan çıxarmasıdır.

"Putin bu yolu seçməməklə çox ağır bədəl ödəyir. O, həm də Ukraynada böyük dağıntılara səbəb olur" ifadələrindən istifadə edib.

Bayden Putinlə əlaqə saxlamaq niyyətində olmadığını bildirib.

Fransa Prezidenti Makron isə Ukrayna müharibəsi ilə bağlı qərarın Ukraynaya aid olduğunu vurğulayıb:

“Biz heç vaxt Ukraynadan onlar üçün qəbuledilməz olan güzəştlərə getməsini tələb etməyəcəyik. Belə bir sülh heç vaxt davamlı olmaz. Biz ukraynalıların öz ərazilərində danışıqların şərtlərini müəyyən etmək qərarına hörmətlə yanaşacağıq”.

Mövsüm Şahsuvar