- Qərb
- 20 Dekabr 2022 11:32
- 6 410
Yunan döyüş təyyarələrindən yeni təcavüz
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstan döyüş təyyarələrinin Egedə NATO uçuşlarının qarşısını almağa çalışdığını açıqlayıb və Türkiyə Hərbi Hava Qüvvələrinin buna lazımi cavab verdiyini bildirib.
Aznews.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada, dünən planlaşdırılan "NATO NEXUS ACE Ege" missiyası üçün yaradılan paket qolunda Türkiyə Hərbi Hava Qüvvələrinə aid 14 F-16, bir HİK, bir KC-135 tankeri və bir CASA axtarış- və-xilasedici təyyarələr NATO-ya göndərilib.Onun E3-A AWACS təyyarəsi ilə uçuş missiyasını yerinə yetirdiyi bildirilib.
Açıqlamada, bu missiya üçün Hava Missiyası Sifarişinin (ATO) 24 saat əvvəldən tərtib edildiyi və NATO-dakı müttəfiqlərə lazımi məlumatların verildiyi bildirilib.
Mövsüm