• Qərb
  • 23 Dekabr 2022 20:28
  •  6 256

ABŞ Prezidenti 2023-cü il üçün hərbi büdcəni təsdiq edib

ABŞ Prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün hərbi büdcəni təsdiq edib.

Müvafiq sənəd Ağ Evin saytında yerləşdirilib.

Baydenin imzaladığı sənədə görə hərbi büdcə 858 milyard dollar müəyyən edilib. Bunun 800 milyon dolları Ukrayna üçün ayrılıb. Rusiyanın Avropada fəaliyyətini məhdudlaşdırmaq üçün 6 milyard dollar nəzərdə tutulur. Rusiya ilə hərbi əməkdaşlığa tətbiq edilən qadağa isə daha 5 il uzadılıb.