• Qərb
  • 23 Dekabr 2022 20:44
  •  6 208

Zelenski: Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini yüksək qiymətləndirirəm

Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də Rusiya ilə müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.

“Biz bu cür dəstəyin artacağına ümid edirik. Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha da möhkəmləndirə bilərik”, - Zelenski vurğulayıb.