• Qərb
  • 7 Fevral 2023 14:37
  •  4 225

Cozef Borrelldən sayğı duruşuna dəvət

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell tamaşaçıları Kahramanmaraşda zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Aznews.az xəbər verir ki, Cozef Borrell Aİ Xarici İşlər İdarəsinin “Dezinformasiyadan kənar: Xarici informasiya manipulyasiyası təhlükəsinə Aİ-nin cavabları” adlı əvvəlcədən planlaşdırılan konfransında iştirak edib.

“Mən çıxışıma bizim görüşümüzlə heç bir əlaqəsi olmayan bir mövzudan başlamaq istəyirəm"-Cosep Borrell Türkiyə və Suriyada baş verən zəlzələdə minlərlə binanın dağıldığını söyləyib.

"On ildən artıqdır görmədiyimiz təbii fəlakət. Türkiyə və Suriyada minlərlə insanın həyatına son qoydu. Qurbanları və sağ qalanları tapmaq üçün gecə-gündüz çalışan cəsur xilasediciləri xatırlamalıyıq", - deyə qeyd edən Cozef Borrell iştirakçıları zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Mövsüm