• Qərb
  • 8 Fevral 2023 17:26
  •  5 486

"Bild" zəlzələni Almaniyaya uyğunlaşdırdı: "Bütün ölkə sarsılardı"

Almaniyanın Bild qəzeti Kahramanmaraşın Pazarcık rayonunda baş verən şiddətli zəlzələni təsir xəritəsini Almaniya xəritəsinə uyğunlaşdıraraq oxucularına çatdırıb.

Qəzetdə bildirilib ki, Türkiyə və Suriyada zəlzələnin təsir dairəsi o qədər böyükdür ki, Almaniyanın demək olar ki, hamısı sarsılardı.

"Zəlzələnin episentri ölkəmizin ortasında olsaydı, yalnız ən cənub və ən şimal bölgələri yellənməzdi", - deyə qeyd olunub.

"Bild" Almaniyada bir çox bölgənin zəlzələdən böyük zərər görəcəyini yazıb: "Frankfurt, Ştutqart, Visbaden, Dortmund, Vürzburq, Mannheim və Hannover kimi şəhərlər bu fəlakətin ən ağır yükünü çəkər və ciddi şəkildə məhv olardı. Təkcə bu şəhərlərin mərkəzində milyonlarla insan zərər çəkərdi”.

Pərvanə