• Qərb
  • 7 Dekabr 2023 22:33
  •  3 447

ABŞ Senatı İsrail və Ukraynaya yardım haqqında qanun layihəsinə veto qoyub

ABŞ Konqresinin yuxarı palatası olan Senatda keçirilən səsvermədə, İsrail və Ukraynaya təcili təhlükəsizlik yardımı üçün 110 milyard dollar ayıracaq xərc qanun layihəsi Respublikaçılar Partiyasının senatorları tərəfindən veto edilib.

Səsvermə 49 lehinə, 51 əleyhinə olmaqla rədd edilib və 110,5 milyard dollarlıq qanun layihəsi 100 üzvlü Senatdan keçmək üçün lazım olan 60 səsdən az qalıb.

Blok, prezident Co Baydenin 2023-cü ilin sonundan əvvəl müharibədə olan bu iki ölkəyə yeni yardım göstərmək cəhdini hələlik nəticəsiz qoyub.

Respublikaçılar hökumətdən İsrail və Ukraynaya kömək etmək əvəzinə, ABŞ-Meksika sərhədində immiqrasiyaya nəzarət üçün daha sərt tədbirlər görməsini tələb ediblər.

Senatdakı bütün respublikaçılar, eləcə də müstəqil senator Bernie Sanders “yox” səs verib.

Mövsüm

Aznews.az