• Qərb
  • 21 Fevral 19:59
  •  2 444

Euractiv: Çin, Şimali Koreya, Türkiyə və Hindistan şirkətləri Aİ-nin 13-cü sanksiyalar paketinə daxildir

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni 13-cü sanksiyalar paketinə ilk dəfə olaraq Çin, Şimali Koreya, Türkiyə və Hindistandan olan şirkətlər daxildir.

Bu barədə "Euractiv" avropalı diplomatlara istinadən məlumat yayıb.

Portalın həmsöhbətlərinin sözlərinə görə, sanksiyalara Çindən üç şirkət daxildir. Avropalı şirkətlərə onlarla iş görmək qadağan ediləcək, çünki şirkətlər Rusiyaya “gizli hərbi texnologiya”nın verilməsində iştirak edir.

Ticarət məhdudiyyətləri Rusiya Federasiyasına "qadağan edilmiş komponentlərə və texnologiyalara giriş əldə etməyə" kömək etdiyi iddia edilən Türkiyə və Hindistan şirkətlərinə də təsir etdi.

Bundan əlavə, avropalı diplomatlar, Aİ ölkələrinə görə, Moskvaya ballistik raketlərin tədarükünə cavabdeh olan Şimali Koreyanın müdafiə naziri Kanq Sun-nam üçün aktivlərin dondurulması və viza qadağası barədə razılığa gəliblər.

Mövsüm

Aznews.az