• Qərb
  • 15 May 14:27
  •  2 723

Kanadada meşə yanğınları səbəbiylə minlərlə insana təxliyə qərarı verilib

Kanadanın şimal-şərqindəki "Wood Buffalo" bölgəsində baş verən meşə yanğınları səbəbindən minlərlə insanın təxliyəsi qərara alınıb.

"CBC News"-un məlumatına görə, "Wood Buffalo" Regional Bələdiyyəsinin "Fort McMurray" bölgəsinin cənub-qərbində baş verən yanğınlardan sonra bələdiyyə "yerli fövqəladə vəziyyət" elan edib.

"Wood Buffalo" Regional Bələdiyyəsi təxminən 21 min hektar meşə sahəsi yandıqdan və yanğınlar yaşayış məntəqələrinə yaxınlaşdıqdan sonra "Fort McMurray", "Beacon Hill", "Abasand", "Prairie Creek" və "Grayling Terrace" yaşayış məntəqələri üçün evakuasiya əmri verilib.

Yanğınsöndürmə rəisi Codi Butz mətbuata verdiyi açıqlamada təxliyə qərarının təxminən 6 min insanı təsir edəcəyini bildirib.

Butz həmçinin qeyd edib ki, yanğına nəzarət etmək üçün onların kifayət qədər resursları var, lakin onlar ictimaiyyəti təhlükədən uzaq tutmalıdırlar.

Təxliyə əmrindən sonra sakinlər cənuba doğru hərəkət edərkən yollarda konvoylar yaranıb.

Səlahiyyətlilər bölgə xalqından sakit olmağı və evlərini tərk edə bilməyənlər üçün təxliyyə məntəqələrinə məlumat vermələrini istəyib.

Mövsüm

Aznews.az