- Qərb
- 7 May 21:29
- 2 473
Tramp 8 Mayı İkinci Dünya Müharibəsində Qələbə Günü elan edib

ABŞ prezidenti Donald Tramp 8 Mayın İkinci Dünya Müharibəsində Qələbə Günü elan edilməsi haqqında fərman imzalayıb.
Ağ Evin yaydığı sənəddə Tramp “Müttəfiq dövlətlərin milli sosializm və faşizm üzərində qələbəsini” qeyd edərək, ABŞ-nin münaqişə zamanı təxminən 250 min insan itirdiyini qeyd edib.
"Amerikalı əsgərlərimizin fədakarlığı olmasaydı, bu müharibədə qalib gəlməzdik və bugünkü dünyamız tamamilə fərqli görünərdi" deyə Tramp qeyd edib.
Eyni zamanda, o, Birləşmiş Ştatların "öz milləti, azadlığı və Qərb sivilizasiyasının sağ qalması üçün son fədakarlıq edənlərin hamısına hörmət etdiyini" söyləyib.
"Mənasızcasına itirilən milyonlarla insan nəyə görə güc vasitəsilə sülhə can atmalı olduğumuzu xatırladır. Mən sonsuz xarici müharibələrin illərinin dayandırılmasına və daha çox insan itkisinin qarşısının alınmasına əzmlə sadiq qalıram", - Tramp yazıb.
Mayın 2-də Tramp Truth Social-da yazıb ki, 11 noyabr və 8 may tarixlərini Birinci və İkinci Dünya Müharibəsində qələbə günləri elan edəcək. Eyni zamanda, o, ölkəsinin İkinci Dünya Müharibəsində qələbə üçün digər ölkələrdən daha çox iş gördüyünü iddia edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ öz töhfəsini şişirdir. O, əlavə etdi ki, "hazırda ABŞ xalqı, Amerika milləti və Amerika dövləti öz tarixini bilmir."
Mövsüm
Aznews.az