- Qərb
- 7 May 21:32
- 2 203
Almaniya qeyri-qanuni miqrantların ölkəyə girişini qadağan edəcək

Almaniyanın bütün quru sərhədlərində miqrantların sığınacaq istəsələr belə, ölkəyə girişi qadağan ediləcək.
Bu barədə Bild qəzeti məlumat yayıb .
Bu gün Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Almaniya Federal Polis Departamentinə sərhəd nəzarətini gücləndirmək və ölkəyə girişdən imtina hallarının sayını artırmaq üçün şifahi göstəriş verib.
Qeyd olunur ki, Dobrindt Almaniyanın keçmiş daxili işlər naziri Tomas de Mezyerin 2015-ci ildən etibarən “qalmaqlarının qanuniliyini təsdiq edən sənədləri olmayan və sığınacaq üçün müraciət etmiş üçüncü ölkə vətəndaşlarının Almaniya Federativ Respublikasının ərazisinə daxil olmasına icazə verilir” deyən fərmanını ləğv edib.
Mövsüm
Aznews.az