• Qərb
  • 8 May 19:41
  •  953

Kennedinin qətli ilə bağlı 60.000 sənəd təqdim edildi

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard 1968-ci ildə keçmiş prezident Con Kennedinin qardaşı və ABŞ Baş prokuroru Robert Kennedinin öldürülməsi ilə bağlı 60 min yeni sənədin yayımlandığını açıqlayıb.

Qabbard X sosial media platformasında verdiyi açıqlamada, "Bugünkü buraxılış şəffaflığın ən yüksək səviyyəsinə, həqiqətin tapılmasına və paylaşılmasına doğru mühüm addımdır", - deyə qeyd edib.

Qabbard Kennedinin qətli ilə bağlı ictimaiyyətlə paylaşılan 60 min sənədin federal hökumətin arxivlərində onilliklər ərzində saxlandığını və daha əvvəl rəqəmsallaşdırılaraq ictimaiyyətə açıqlanmadığını qeyd edib.

"Biz FTB və CIA anbarlarında əvvəllər milli arxivə təqdim edilməmiş bütün qeydlər üçün axtarış apardıq. 60 000-dən çox sənəd aşkar edilib, məxfilikdən çıxarılıb və ictimaiyyətə baxmaq üçün rəqəmsallaşdırılıb", - Qabbard öz postunda deyib.

Həmçinin bildirək ki, Kennedinin öldürülməsi ilə bağlı ilk 10 000 səhifəlik sənəd aprelin 18-də dərc edilib.

Mövsüm

Aznews.az