- Qərb
- 4 Avqust 2025 16:13
- 4 236
Trumpın tarifləri azaltması ehtimalı yoxdur
ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın vaxtlarda yeni tətbiq olunmuş gömrük rüsumlarını azaltmayacaq.
Bu barədə ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qriyer CBS News kanalının “Face the Nation” proqramında çıxışı zamanı bildirib.
“O (rüsumların azaldılması — red.) yaxın günlərdə baş verəcək bir şey deyil, düşünmürəm. Bilirəm ki, bu rüsumların bir çoxu müəyyən razılaşmalar əsasında tətbiq olunub. Bəzi razılaşmalar elan edilib, bəziləri isə yox,” — deyə o bildirib.
Qriyer əlavə edib ki, Tramp Kanada ilə ticarət şərtlərini müəyyənləşdirməyə çalışır. Onun sözlərinə görə, əgər Ottava ilə danışıqlar uğursuz olarsa, əvvəlcədən elan edilmiş rüsumlar qüvvəyə minəcək.
Mövsüm,
AzNews.az