- Qərb
- 10:33
- 818
ABŞ helikopterinin pilotlarının vəziyyəti yaxşıdır - Tramp
Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ ordusuna məxsus “Apache” helikopterinin pilotlarının vəziyyəti yaxşıdır.
Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanının uçuş zolağında jurnalistlərə deyib.
O qeyd edib ki, qəza nəticəsində heç kim xəsarət almayıb.
Tramp əlavə edib ki, administrasiya gün ərzində hadisə ilə bağlı hesabat yayımlayacaq.