Bolqarıstan Ukraynaya silah tədarükünü bərpa etməyəcək

Bolqarıstan hakimiyyəti Ukraynaya silah tədarükünü yenidən başlamağı planlaşdırmır.

Bu barədə Bolqarıstan Müdafiə Naziri Dmitar Stoyanov qeyd edib.

Nazirin sözlərinə görə, Ukraynanın əsas ehtiyacı silah deyil, insan resursudur.

“Onlara silah yox, insanlar lazımdır. Nə qədər silah toplanmasından asılı olmayaraq, bunun yeganə nəticəsi insan itkiləri olacaq”, – deyə o vurğulayıb.

Stoyanov əlavə edib ki, Ukrayna münaqişəsinin taleyi döyüş meydanında həll olunmayacaq. Onun fikrincə, böhranın aradan qaldırılması üçün diplomatik yolların və danışıqların təşviq edilməsi vacibdir.

Nazir hesab edir ki, münaqişənin həlli hərbi deyil, siyasi və diplomatik vasitələrlə mümkün ola bilər.

Mövsüm,

AzNews.az