Finlandiya nüvə silahlarının idxalı və saxlanılmasına icazə verməyə hazırlaşır

Finlandiya parlamentinin Müdafiə Komitəsi ölkəyə nüvə silahlarının idxalı və saxlanılmasına icazə verən hökumət qanun layihəsini təsdiqləyib.

Bu barədə parlamentin rəsmi internet səhifəsində dərc olunmuş məlumatda bildirilir.

Komitənin açıqlamasına görə, üzvlərin əksəriyyəti böhran vəziyyətində nüvə partlayıcılarının Finlandiyaya gətirilməsinə imkan verən qanun dəyişikliyini dəstəkləyir.

Bununla yanaşı, müxalifətdə təmsil olunan Sosial Demokrat Partiyası, Yaşıllar Liqası və Sol Alyansın deputatları təklifə qarşı çıxıblar və onu dəstəkləməyiblər.

Hökumət qanunvericiliyə dəyişiklik təklif edib

Finlandiya hökuməti aprelin 23-də ölkəyə nüvə silahlarının idxalına və saxlanılmasına icazə verilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Təşəbbüsün həyata keçirilməsi üçün Nazirlər Kabineti Nüvə Enerjisi haqqında Qanuna və Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini təklif edib. Bu dəyişikliklərin qəbul olunacağı təqdirdə Finlandiyada nüvə silahlarının ölkəyə gətirilməsi və saxlanılması üçün hüquqi baza formalaşacaq.

Mövsüm,

AzNews.az