Azərbaycan pilotu qalib gəldi - FOTO

29 Yanvar 2016 21:08 (UTC+04:00)

AzNews.az F-1.az saytına istinadən xəbər verir ki, həmyerlimiz yarışa dünənki sərbəst yürüşlərdən qoşulmuş və ilk iki seansda 5-ci, 3-cü seansda isə 3-cü olmuşdu. Onun bu seriyada iştirak etməsinin səbəbi qarşıdakı mövsümdə mübarizə aparacağı "EuroFormula Open" seriyasına hazırlaşmaqdır.

Bu gün keçirilən hər iki yarış üçün vahid sıralama turu tətbiq edilib. Bu seansda 3-cü olan G.Abdullayev ilk yarışda bir qədər pis start alıb, lakin cəmi 10 dövrədən ibarət yarışda startdakı uğursuzluğa baxmayaraq 3-cü olub. Danimarkalı Kato Poulsen 1-ci, səudiyyə ərəbistanlı Maşur Bal Hacelia 2-ci olub.

İkinci yarışa isə möhtəşəm başlayan həmyerlimiz elə ilk döngədə liderliyi ələ alıb. Yarışın sonuna qədər üstünlüyünü qoruyaraq qalib gəlib. Səudiyyə Ərəbistanını təmsil edən Ömər Qazzaz 2-ci, Culio Peroni isə 3-cü olub.