Polislə “qaçdı-tutdu” - Qovulan oğlan huşunu itirdi

29 Yanvar 2016 21:29 (UTC+04:00)

AzNews.az-ın AzVision.az-a istinadən məlumatına görə, paytaxtın "Tarqovu" kimi tanın Nizami küçəsində gitara ifa edərək pul toplayan gənclə polis əməkdaşları arasında insident yaşanıb.

Polis "insanlara mane olursan"-deyə gənci ərazidən uzaqlaşdırmaq istəsə də, tərəflər arasında mübahisə düşüb. Əraziyə Post Patrul Xidmətinin əməkdaşlarının gəldiyini görən gənc qaçmağa başlayıb. Polis əməkdaşları onu tutmaq üçün "Tarqovu"da bir neçə dəqiqə qaçmalı olublar.

Polisdən qaçan oğlan "Fəvvarələr meydanı"nda huşunu itirərək yerə yıxılıb.

Adı məlum olmayan şəxsin ürəyi getdiyindən əraziyə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsindən sonra oğlan özünə gəlib.