Azərbaycanlı narkotiklə tutuldu - Rusiyada

29 Yanvar 2016 21:45 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Moskva vilayətinə taksi ilə gələn kişidən ümumi çəkisi 115 qram olan iki heroin bağlaması müsadirə edilib. Narkotik satılmaq üçün gətirilib.

Şübhəli şəxs İvanovsk vilayətində qeydiyyatdadır. O, heç yerdə işləmir, narkotikdən istifadə edir. Əvvəllər bu qəbildən olan cinayətlərə görə, dəfələrlə mühakimə edilib.

Yaroslavlda kirayə evdə yaşayır, bu barədə Federal narkotiklərin dövriyyəsinə nəzarət xidmətindən bildiriblər.

Kişi saxlanılıb, onun cinayət əlaqələri müəyyənləşdirilir.