“S&P“ Azərbaycanın reytinqini endirdi

29 Yanvar 2016 22:25 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.

Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "stabil"dir.

Yerli və xarici valyutada ölkəmizin qısamüddətli reytinqi "A-3" səviyyəsindən "B" səviyyəsinə endirilib.

Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.

"Bununla da, agentlik tərəfindən Azərbaycana reytinq verilən müddət ərzində ilk dəfədir ki, reytinq aşağı salınır", - deyə analitiklər xatırladır.

Xatırladaq ki, ötən gün maliyyə naziri Samir Şərifov qeyd edib ki, "S&P" tərəfindən ölkəmizə verilən reytinqin aşağı salınması gözləniləndir.