Məscid partladıldı - Ölənlər var + VİDEO

29 Yanvar 2016 23:55 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, ölkənin şərqində yerləşən Əl-Əqsa məscidində baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Ölənlərin artacağı isə istisna edilmir.

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları hadisə ilə bağlı bir nəfəri artıq şübhəli şəxs qismində saxlayıb. Məlum olub ki, insident terrorçulardan birinin məscidin yanında özünü partlatması nəticəsində baş verib.