Oğru ev sahibəsini bıçaqladı - Şəmkirdə

30 Yanvar 2016 10:02 (UTC+04:00)

Rayonun Zəyəm qəsəbə sakini, 1980-cı il təvəllüdlü Aynurə Fərhad qızı Məmmədova sağ budun kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən qadının vəziyyətinin normal olduğu bildirilir.

A. Məmmədova bildirib ki, ötən gecə yaşadığı evə naməlum şəxs oğurluq məqsədi ilə daxil olub.

Qadının ayılıb səs-küy saldığını görən oğru ona bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az